Almaniya Müdafiə naziri Odessaya səfəri zamanı şəhərin bombalanmasına görə, sığınacağa iki dəfə endirildi

14:22, 02.10.2022

Almaniya Müdafiə naziri Odessaya səfəri zamanı şəhərin bombalanmasına görə, sığınacağa iki dəfə endirildi. Bir oktyabrda, saat 15:30 radələrində Kristin Lambrext Ukraynalı həmkarı Aleksey Reznikovla görüşərkən hava hücumu siqnalı səbəbindən 45 dəqiqəlik bunkerə girmək məcburiyyətində qaldı. İki oktyabrda saat 01:00-da hava hücumu ilə bağlı ikinci həyəcan siqnalı verildı və Almaniya Müdafiə naziri qadığı mehmanxananın bunkerinə girməyə məcbur oldu. Kristin Lambrext mehmanxana otağına 20 dəqiqədən sonra qayıtdı.

Təhlükəsizlik məqsədi ilə o, Ukraynaya getməmişdən əvvəl mobil telefonunu təhvil verdi ki, onun harada olduğunu müəyyən etmək mümkün olmasın.

Odessa müntəzəm olaraq Rusiya hərbçiləri tərəfindən həm raketlər, həm də pilotsuz təyyarələrlə bombalanır.

Oxşar