Almaniya karantin rejimini 31 yanvara qədər uzadacaq
Almaniya karantin rejimini 31 yanvara qədər uzadacaq

Almaniya karantin rejimini 31 yanvara qədər uzadacaq. Bu barədə məlumatı “Qardian” nəşri yayır.

Yayılan məlumata görə, qərarı hər 16 federal torpağın hökuməti yekdilliklə qəbul etdi. Hazırda rejimin müddəti 16 yanvara qədər idi.

Məktəblər, mağazaların əksəriyyəti, restoran və barlar bağlıdır.

Almaniya kansleri yeni tədbirlər barəsində bölgə hökuməti nümayəndələri ilə sabah müzakirə aparacaq.