Almaniya kansleri seçilməsi məqsədilə ikinci səsvermə bir neçə saat ərzində keçiriləcək
Almaniya kansleri seçilməsi məqsədilə ikinci səsvermə bir neçə saat ərzində keçiriləcək

“Xristian-Demokrat İttifaqı”nın üzvü Yens Şpan qanunvericiləri məsuliyyət göstərməyə və koalisiya namizədini dəstəkləməyə çağırıb.

Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merts Bundestaqda keçirilən birinci səsvermədə kansler olmaq üçün tələb olunan səs sayını toplaya bilmədi.

Almaniya qanunvericiliyinə görə, kansler seçilməsi üçün namizəd Bundestaq üzvlərinin mütləq əksəriyyətinin – yəni üzvlərin yarısı üstəgəl bir səsin – dəstəyini qazanmalıdır. Bu, bəzən “kansler əksəriyyəti” adlandırılır. Əgər birinci turda mütləq əksəriyyət əldə olunmazsa, ikinci tur keçirilir. Sonra Bundestaqa 14 gün vaxt verilir ki, başqa bir namizədi kansler seçsin.

Əgər ikinci səsvermə də nəticəsiz qalar, seçki prosesi üçüncü mərhələyə keçir ki, bu da dərhal yeni seçkilərin keçirilməsini nəzərdə tutur. Bu mərhələdə ən çox səs toplayan şəxs kansler seçilir.

Qanunvericiliyə əsasən, əgər seçilmiş kansler mütləq əksəriyyət qazanırsa, federal prezident onu yeddi gün ərzində vəzifəyə təyin etməlidir. Əgər seçilmiş namizəd yalnız nisbətən çox səs (əksəriyyət deyil, sadəcə ən çox səs) qazanırsa, federal prezident ya onu yeddi gün ərzində kansler təyin etməlidir, ya da Bundestaqı buraxmalıdır.