Almaniya İngiltərəyə hava gediş-gəlişinni qadağan etdi
Almaniya İngiltərəyə hava gediş-gəlişini qadağan etdi. Berlin bu qərarı İngiltərədə tapılan Covid-19-un yeni növü səbəbindən verdi. Bu barədə Deutsche Welle xəbər verir.
Almaniya ilə İngiltərə arasında hava trafiki bu gün, gecə yarısı ilə 6 yanvar arasında qadağan edildi. Hökumətdəki bir mənbəyə görə, Berlin onsuz da yanvar ayında məhdudiyyətlərin uzadılması üzərində işləyir.
“Sabah İngiltərə və Cənubi Afrikaya bütün uçuşları məhdudlaşdırmağı planlaşdırırıq”, – dedi Almaniyanın Səhiyyə naziri Jens Spahn.
Ölkə hökumətinin mətbuat katibi, Almaniyanın Avropa tərəfdaşları ilə əlaqə qurmağa davam etdiyini söylədi.
Məhdudiyyət poçt, yük uçuşlarına, habelə ictimai sağlamlığı maraqlarını nəzərə alaraq qadağa tibb işçiləri üçün uçuşlara şamil edilmir.