Almaniya, Hollandiya və İsveç Ukraynadakı müharibə cinayətlərini araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə 2,5 milyon avro ayıracaq
Almaniya, Hollandiya və İsveç Ukraynada hərbi cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə 2,5 milyon avro ayıracaq. Məlumatı “BBC” yayıb.
Niderlandın Xarici İşlər Naziri Vopke Huxtranın qeyd etdiyi kimi, Avropa İttifaqının fikrincə, Haaqa Tribunalı cinayət törətməkdə şübhəli bilinən şəxslərin mühakimə olunması üçün ən yaxşı yerdir. Hollandiya hökuməti məhkəmə üçün bir milyon avro ayırıb.
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan martın əvvəlində Ukraynada istintaqa başlanıldığını elan edib. Bundan sonra Rusiya hərbçilərinin Ukraynada törətdiyi bir sıra vəhşiliklər, o cümlədən Buça şəhərindəki kütləvi məzarlıqlar və onlarla dinc sakinin ölümünə səbəb olan Kramatorsk dəmiryol vağzalına raket hücumu aşkarlanıb.