Almaniya hökumətinin mətbuat katibi - Cei Di Vensin özü seçkilərdən bir neçə gün əvvəl Macarıstanda olub, bu da özlüyündə prosesə kimin müdaxilə etdiyindən xəbər verir
Almaniya hökumətinin mətbuat katibi - Cei Di Vensin özü seçkilərdən bir neçə gün əvvəl Macarıstanda olub, bu da özlüyündə prosesə kimin müdaxilə etdiyindən xəbər verir

 

Almaniya hökuməti Cei Di Vensin Macarıstanın seçkilərinə Avropa İttifaqının müdaxiləsi ilə bağlı ittihamlarını rədd edir. Bu haqda məlumatı “Politico” yayır.

Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastian Hille bildirib ki, Vensin seçkilərdən bir neçə gün əvvəl Budapeştə səfəri seçkilərə onun tərəfindən mümkün müdaxilə ilə bağlı suallar doğurur.

“ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Avropa İttifaqının Macarıstanın seçkilərinə müdaxiləsi ilə bağlı Macarıstanda keçirilən tədbirdə səsləndirdiyi iddialarını rədd edirik. Qeyd etmək istərdim ki, Vens Avropa İttifaqının iddia edilən müdaxiləsindən danışdığı üçün vitse-prezident özü də seçkilərdən bir neçə gün əvvəl Macarıstanda olub, bu fakt özlüyündə prosesə kimin müdaxilə etdiyindən xəbər verir” – Hille bildirib.

Bununla yanaşı, Hille Almaniyanın kansleri Fridrix Mertsin macar xalqının seçiminə hörmətlə yanaşdığını xüsusilə qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştə səfəri zamanı bəyan edib: “İstəyirik ki, gələcəklə bağlı qərarı kənar qüvvələrin təzyiqi olmadan verəsiniz. Mən sizə kimə səs verəcəyinizi demirəm, sizə deyirəm ki, Brüsselə qulaq asmamalısınız”.