Almaniya hökumətində Rusiyanın günün sonuna qədər Ukraynada atəşkəs tətbiq etməməsi halında, Avropanın yeni sanksiyalar hazırlamağa başlayacağını bəyan edirlər

16:54, 12.05.2025

 

Rusiyanın günün sonuna qədər Ukraynada atəşkəs tətbiq etməməsi halında, Avropa yeni sanksiyalar hazırlamağa başlayacaq – bu barədə
Almaniya hökumətinin mətbuat katibi Ştefan Kornelius mətbuat konfransında bildirib.

“Saat irəliləyir. Günün bitməsinə hələ 12 saat qalıb və bu vaxta qədər atəşkəs olmasa, Avropa tərəfi sanksiyalar hazırlamağa başlayacaq” – Almaniya hökumətinin mətbuat katibi bildirib.

Ötən həftənin sonunda Kiyevdə keçirilən görüşdən sonra Fransa, Almaniya, Polşa, Birləşmiş Krallıq və Ukraynanın liderləri bəyan ediblər ki, mayın 12-dən “ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəs” elan edilməlidir.

Öz növbəsində, Rusiya Prezidenti Vladimer Putin İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirilməsini təklif edib. Bununla əlaqədar Ukrayna Prezidenti mayın 12-dən Rusiyadan atəşkəs gözlədiyini və şəxsən mayın 15-də Türkiyədə Kreml rəhbəri Vladimer Putini gözləyəcəyini bildirib.

Avropalı liderlərin bəyanatına baxmayaraq, Rusiya qüvvələri gecə Ukraynaya 100-dən çox dronla zərbə endirib və cəbhə xətti boyunca onlarla hücum həyata keçirib.

Oxşar