Almaniya hökumətində qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmadıqlarını bildirirlər
Almaniya hökumətində qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmadıqlarını bildirirlər

 

Almaniya qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmır, hazırda onun prioriteti iki dövlət prinsipinə əsaslanan nizamlanma istiqamətində irəliləyişə nail olmaqdır. Bu barədə Almaniya hökumətinin mətbuat katibi bildirib.

Mətbuat katibinin sözlərinə əsasən, Almaniya hökuməti üçün İsrailin təhlükəsizliyi hər şeydən vacibdir.

“Almaniya hökuməti üçün İsrailin təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir. Buna görə də Almaniya hökumətinin qısamüddətli perspektivdə Fələstin dövlətini tanımaq planı yoxdur” – Almaniya hökumətində deyiblər.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Fransa sentyabrda BMT-nin Baş Assambleyasının iclasında Fələstin dövlətinin tanınması ilə bağlı rəsmi bəyanat verməyi planlaşdırır.