Almaniya hökuməti qurulduqdan sonra Boris Pistorius müdafiə naziri vəzifəsində qalacaq

14:48, 05.05.2025

 

Almaniya hökuməti qurulduqdan sonra Boris Pistorius müdafiə naziri vəzifəsində qalacaq.

“Xristian Demokrat İttifaqı” ilə yeni hökumət quracaq Almaniyanın “Sosial Demokrat” partiyası nazirlərin adını açıqlayıb.

Siyahıya əsasən, Boris Pistorius vəzifəsində qalır.

Medianın yazdığı kimi, Boris Pistorius Olaf Şoltsun hökumətində Almaniya ordusunun gücləndirilməsi və Ukraynaya hərbi yardım göstərilməsinin ən böyük dəstəkçilərindən biri olub.

Pistorius Ukraynada alman kontingentinin yerləşdirilməsi ideyasına açıq olduğunu bildirib.

Bundan başqa, Boris Pistorius Olaf Şolts hökumətində ən populyar siyasətçidir.

Oxşar