Almaniya hakimiyyəti qaz tədarükünün mümkün gecikməsinə hazırlaşır

14:49, 30.03.2022

Almaniya hakimiyyəti qaz tədarükünün mümkün gecikməsinə hazırlaşır. Hökumət qaz təchizatının mövcud qaydalarına uyğun olaraq erkən xəbərdarlıq rejimi tətbiq edib.

Almaniyada qaz tədarükü ilə bağlı qüvvədə olan fövqəladə vəziyyət reqlamentinə əsasən, erkən xəbərdarlıq üç mərhələli planın birinci mərhələsidir və bu planda hələlik dövlətin müdaxiləsi nəzərdə tutulmur.

Almaniyanın iqtisadiyyat naziri Robert Habekin sözlərinə görə, hazırda ölkəyə qaz nəqlində gecikmə yoxdur və hökumət bazar operatorları ilə vəziyyəti izləyir.

Bundan əlavə, nazirin sözlərinə görə, İqtisadiyyat Nazirliyində böhranın idarə edilməsi qrupu yaradılacaq.

“Bu vəziyyətə hazır olmaq üçün bu gün səhər saatlarında qaz qaydalarına uyğun olaraq erkən xəbərdarlıq etdim. Erkən xəbərdarlıq üç mümkün addımdan birincisidir və qaydalara uyğun olaraq vəziyyətin monitorinqini əhatə edir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek “Nazirlikdə böhranın idarə edilməsi qrupu yaradılacaq” dedi.

Avropaya qaz nəqlinin kəsilməsi təhlükəsi Böyük Yeddilik ölkələri Vladimir Putinin təbii qazın pulunu rus rublu ilə ödəmək tələbini qəbul etməkdən imtina etdikdən sonra yaranıb.

Oxşar