Almaniya hakimiyyəti Berlində “Pride” tədbirində avtomobillə həyata keçirilən hücumu terror aktı kimi qiymətləndirib
Almaniya hakimiyyəti Berlində “Pride” tədbirində avtomobillə həyata keçirilən hücumu terror aktı kimi qiymətləndirib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt, istintaqın bu mərhələsində mövcud bütün sübutların söhbətin islamçı motivlə törədilmiş terror hücumundan getdiyini göstərdiyini bildirib. O, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, xüsusilə Berlində, eləcə də ölkənin dəmir yolu vağzallarında, hava limanlarında və sərhədlərində əlavə polis qüvvələrinin səfərbər olunduğunu deyib.
Dobrindt, hücum nəticəsində 1 nəfərin həlak olduğuna, ən azı 29 nəfərin xəsarət aldığına, onların da bir neçəsinin vəziyyətinin ağır olduğuna dair məlumat verib. Nazir həmçinin bildirib ki, avtomobili kütlənin üstünə sürdükdən sonra hücumçu soyuq silahla, ehtimal ki, pala ilə də hücum həyata keçirib və nəticədə daha bir neçə nəfər ağır yaralanıb. Almaniyanın daxili işlər naziri, şübhəli şəxsin 2005-ci ildə Almaniyada doğulduğunu və Almaniya vətəndaşı olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Berlində Avropanın ən böyük “Pride” tədbirlərindən birində avtomobil kütlənin üstünə sürülüb. Hadisə şəhərin mərkəzi hissəsində, Tierqarten parkının yaxınlığında baş verib.