Almaniya genişmiqyaslı NATO hərbi təlimlərinə ev sahibliyi edəcək
Almaniya genişmiqyaslı NATO hərbi təlimlərinə ev sahibliyi edəcək

 

Almaniya genişmiqyaslı NATO hərbi təlimlərinə ev sahibliyi edəcək.

11 ölkədən 10 000 əsgər alyansın şərq sərhədlərindəki potensial təhdidlərə cavab vermək üçün hazırlıq məşqi keçəcək.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun dediyi kimi, bu təlimlər NATO-nun birliyini təsdiqləyir.

“Əgər şərq sərhədlərində nəsə baş verərsə, NATO qoşunları tez bir zamanda yerləşdirilməlidir. Əlbəttə, bu, Almaniya vasitəsilə baş verməlidir” – Pistorius qeyd edib.

Almaniyanın müdafiə nazirliyinin rəhbəri qeyd edib ki, son illərdə, xüsusən də Baltik dənizində təhlükəsizlik məsələsi xeyli kəskinləşib. Onun izahatına əsasən, NATO bu təlimlər vasitəsilə hərəkətə keçməyə hazır olduğunu göstərir.

“Rusiya bizi hibrid müharibə ilə hədələyir, onun “kölgə donanması” sualtı infrastrukturuna zərər verir. Biz, NATO, burada və başqa yerlərdə, o cümlədən bu təlimlər vasitəsilə hərəkətə keçmək qabiliyyətimizi nümayiş etdiririk. Tərəfdaşlarımıza mesaj aydındır: NATO əsas mərkəz kimi Almaniyaya etibar edə bilər” – Almaniyanın müdafiə naziri bildirib.