Almaniya Enerji Tənzimləmə Orqanı – Almaniyanın qaz təchizatı hazırda təmin olunub, lakin vəziyyət gərgindir, gələcəkdə vəziyyətin daha da pisləşməsi mümkündür
Almaniyanın qaz təchizatı hazırda təmin olunub, lakin vəziyyət gərgindir, gələcəkdə vəziyyətin daha da pisləşməsi mümkündür. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Almaniyanın Enerji Tənzimləmə Təşkilatında bəyan etdilər, Rusiyanın “Qazprom” enerji şirkəti “Şimal axını 1” vasitəsilə Avropa İttifaqına qaz nəqlinin dayandırılmasını uzatdıqdan sonra.
Rusiyaya təbii qazın verilməsi bu gün bərpa edilməli idi, lakin şirkət səbəb kimi texniki nasazlığı göstərərək qazın ötürülməsinin bərpa oluna bilmədiyini bəyan etdi.
“Rusiya tərəfinin qeyd etdiyi qüsurlar əməliyyatların dayandırılması üçün texniki səbəb deyil”, – Almaniyanın Enerji Tənzimləmə Təşkilatının həgünlük hesabatnda deyilir.
“Qazprom” şirkəti “Şimal axını 1” boru kəmərində aparılan təmir işləri ilə əlaqədar avqustun 31-də Avropaya qaz nəqlini dayandırdı. Təmir işləri üç gün davam etməli idi.