Almaniya Bundestaqı kansler vəzifəsinə Fridrix Mertsin namizədliyini dəstəklədi
Almaniya Bundestaqı kansler vəzifəsinə Fridrix Mertsin namizədliyini dəstəklədi

Almaniya Bundestaqı ikinci cəhddə kansler postuna Fridrix Mertsin namizədliyini 325 səslə, 289 əleyhinə səslə dəstəklədi.

Səsvermədə bir deputat bitərəf qaldı, üç səs isə etibarsız hesab olundu.

Bundestaqda keçirilən birinci səsvermədə Fridrix Merts kansler olmaq üçün tələb olunan 316 səsi toplaya bilməmişdi. Ona altı deputatın dəstəyi çatmamışdı.

Qeyd edək ki, fevral ayında Almaniyada keçirilmiş növbədənkənar parlament seçkilərində Fridrix Mertsin rəhbərlik etdiyi “Xristian-Demokrat İttifaqı” və “Xristian-Sosial İttifaqı”ndan ibarət mühafizəkar blok qalib gəlmişdi. Aprel ayında isə onlar “Sosial-Demokrat Partiyası” ilə birgə hakim koalisiya qurmaq barədə razılığa gəldilər.