Almaniya 2024-cü ildə rekord sayda şəxsə vətəndaşlıq verdi, onların arasında ən çoxu suriyalılardır
Almaniya 2024-cü ildə rekord sayda insana vətəndaşlıq verib. Belə ki, Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, ötən il Almaniya vətəndaşlığını 291 955 nəfər alıb ki, bu da əvvəlki illə müqayisədə 46% artım deməkdir. Vətəndaşlıq alan şəxslər arasında ən çoxu suriyalılar olub.
Statistika idarəsi bu kəskin artımın vətəndaşlıq haqqında qanunla bağlı olduğunu izah edir. Belə ki, ötən ilin iyun ayında Almaniya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini səkkiz ildən beş ilə endirdi, xüsusi hallarda isə bu müddət üç ilə qədər azala bilər.
Bundan əlavə, 2015-2016-cı illərdəki miqrasiya böhranı zamanı Almaniyaya gəlmiş bir çox suriyalı 2024-cü ildə vətəndaşlıq almaq hüququ qazandı. Nəticədə, 2024-cü ildə vətəndaşlıq 83 150 suriyalıya verildi ki, bu da ümumi vətəndaşlıq alanların 10,1%-ni təşkil edir. Vətəndaşlıq alanlar arasında 8%-i türklər, 5%-i iraqlılar, 4%-i ruslar və 4%-i əfqanlardır.
Vətəndaşlıq haqqında yeni qanun həmçinin insanlara əvvəlki vətəndaşlıqlarını saxlamaq imkanı da verir.