Almaniya 2012-ci ildən sonra ilk dəfə Suriyada diplomatik missiyanın fəaliyyətini bərpa etdi

14:32, 20.03.2025

 
Suriya Prezidenti Bəşər Əl-Əsədin devrilməsindən 3 ay sonra Almaniya Suriyada diplomatik missiyanın fəaliyyətini bərpa etdi.

Bu barədə məlumatı “Spiegel” yayır.

2012-ci ildən sonra bağlanan səfirliyi Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə səfəri zamanı açıb. Lakin, səfirlik hələ tam şəkildə fəaliyyət göstərmir.

Tezliklə vəzifəsini tərk edəcək Almaniyanın xarici işlər naziri bu gün səhər Livandan Suriyaya yola düşüb. Beyrutda o, yeni prezident, general Cozef Xalil Aunla görüşüb.

Oxşar