Alman polisi elektrik şəbəkələrinə qarşı təxribat hücumlarında şübhəli bilinən şəxsi saxlayıb
Almaniya polisi elektrik şəbəkələrinə qarşı təxribat hücumlarında şübhəli bilinən 48 yaşlı kişini saxlayıb.
Məlumatı “Deutsche Welle” yayıb.
Medianın məlumatına görə, şübhəli şəxs Almaniyanın qərbində, Vaysvayler elektrik stansiyasının yaxınlığında görülüb və polis bir neçə günlük axtarışdan sonra onu saxlayıb.
İstintaqçılar güman edirlər ki, kişi ötən həftə Saksoniya, Reyn-Vestfaliya və daha bir neçə şəhərdə bir neçə elektrik stansiyasının fəaliyyətini dayandırmaq üçün kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə edib. Rəsmilərin sözlərinə görə, bu üsul ən azı iki halda nəticə verib.
Məlumat üçün bildirək ki, sentyabrın 7-də Saksoniya polisi Görlitz yaxınlığında, Qrauştayn yarımstansiyasının ərazisində, yüksək gərginlikli elektrikötürücü xətlərin yaxınlığında doqquz kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edib. Regionda aşkarlanan bu cür qurğuların ümumi sayı 21-dir.