Alman mediasının məlumatına görə, Fridrix Mers ilk xarici səfəri çərçivəsində böyük ehtimalla Ukraynaya gedəcək

10:34, 15.04.2025

Almaniyanın gələcək kansleri Fridrix Mers ilk xarici səfəri çərçivəsində, böyük ehtimalla, Ukraynaya baş çəkəcək. Bu barədə alman nəşri Welt məlumat yayıb.

Mediada yer alan məlumata görə, hansı ki Berlin və Brüsseldəki mənbələrə əsaslanır, may ayının əvvəlində Mersin mümkün Ukrayna səfəri üzrə hazırlıq işləri gedir.

Welt-in məlumatına görə, səfər Kiyevdə 9 mayda planlaşdırılan “İstəkli Koalisiyanın” sammitinə təsadüf edəcək. Bu sammitə Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk da qatılacaq.

Fridrix Mers 2024-cü ilin dekabrında da Ukraynada olmuşdu. Həmin vaxt o, Almaniyanın müxalifət partiyasının lideri kimi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.

Oxşar