Alman mediası solçu radikal qrupun təxribatına görə Berlində on minlərlə insanın işıqsız qalması haqda məlumat verir
Solçu radikal qrupun təşkil etdiyi təxribata görə Berlində on minlərlə insan işıqsız qalıb.
Alman mediasının yazdığı kimi, Berlinin cənub-qərb hissəsində elektrik kəsintisinə səbəb elektrik kabel qovşağında yanğın olub. “Vulkan” qrupunun üzvləri hadisəyə görə məsuliyyəti öz üzərinə götürüblər.
Solçu radikalların bəyanatına əsasən, onların vəzifəsi “ümumiyyətlə qalıq enerjisinə” qarşı hücum təşkil etmək olub. Vətəndaşların bir hissəsi üçün elektrik enerjisinin verilişi artıq bərpa edilib, lakin 35 000 abonent yanvarın 8-nə qədər işıqsız və istiliksiz qala bilər. Berlinin meri Kay Vanqer hadisəni vacib infrastruktura son dərəcə ağır hücum adlandırıb.
O, sabotaj nəticəsində insanların həyatı üçün təhlükə yarandığını deyib. Bu, xüsusilə xəstəxanalardakı pasiyentlərə aiddir. Vaqner bildirib ki, böhran əleyhinə qərargah Berlin vətəndaşlarının elektrik enerjisi ilə vaxtında təmin olunması üçün gücləndirilmiş iş rejimində işləyir.