Alman mediası – “Rheinmetall” müdafiə şirkətinin Berlin zavodu yaxınlığında doqquz nəfər etiraz əlaməti olaraq özünü yol örtüyünə yapışdırıb

16:58, 20.10.2026

 

Almaniyanın “Rheinmetall” müdafiə şirkətinin Berlin zavodu yaxınlığında doqquz etirazçı etiraz əlaməti olaraq özünü yol örtüyünə yapışdırıb. Bu barədə məlumatı alman mediası yayır.

Polisin bəyanatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Berlinin Veddinq rayonunda yerləşən zavoda səhər saat 05:30-da çağırılıblar. Onlar toplaşan qrupu dağıtmağa çalışıblar.

Onların məlumatında, 11 nümayişçinin öhdəsindən gəlmək üçün əraziyə 90-dək polis əməkdaşının cəlb olunduğu deyilir.

Almaniyanın ən böyük silah istehsalçısı olan “Rheinmetall” Veddinq zavodunda istehsala bu il başlayıb. O vaxtdan bəri zavod dəfələrlə iqlim fəallarının etiraz aksiyalarının hədəfinə çevrilib. Fəallar arasında isveçli Qreta Tunberq də olub.

Oxşar