Alman mediası - Polşanın hava məkanına daxil olan rus dronlarının bir hissəsi NATO-nun bazasına doğru uçurdu
Polşanın hava məkanına daxil olan rus dronlarının bir hissəsi NATO-nun bazasına doğru uçurdu – bu haqda alman mediası yazır.
Alman mediasının yazdığı kimi, sentyabrın 10-da NATO-da təhlükəsizlik məsələlərinə dair daxili brifinq keçirilib, o cümlədən rus dronlarının Polşanın hava məkanına daxil olması məsələsi müzakirə olunub.
Polşada aparılan istintaqa əsasən, Ukraynaya hərbi dəstəyin göstərilməsini təmin edən NATO-nun bazasına doğru 5 dron uçurmuş.
Medianın məlumatına əsasən, NATO-da hesab edirlər ki, Rusiyanın bu hərəkəti Şimali Atlantika Alyansının reaksiya sürətini və NATO-nun pilotsuz uçuş aparatları ilə mübarizədə istifadə edəcəyi resurslarını sınaqdan keçirmək məqsədi daşıyırmış.
Alman mediası yazır ki, NATO rus dronlarının Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirmir, çünki dronların fraqmentlərində partlayıcı qurğular aşkar edilməyib.