Alman mediası, Hannover şəhərində avtomobilin izdihamın üzərinə sürüldüyünə, beş nəfərin xəsarət aldığına dair məlumat verir

16:43, 27.10.2026

 

Almaniyanın Hannover şəhərində avtomobil izdihamın üzərinə sürülüb – bu barədə məlumatı “Spiegel” nəşri yayır.

Medianın məlumatında hadisə nəticəsində beş nəfərin yaralandığı deyilir.

Mövcud məlumata əsasən, yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Bununla yanaşı, medianın yazdığı kimi, polis hadisə yerinin yaxınlığında olub, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili dayandırmaq məqsədilə atəş açıblar, lakin şübhəlilər qaçmağı bacarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və polis helikopteri cəlb olunmuşdu.

Oxşar