Alman mediası – Fridrix Mertsin hakim bloku reytinqdə müxalifət partiyası olan “Almaniya üçün Alternativ”dən getdikcə daha çox geridə qalır
Almaniyanın kansleri Fridrix Mertsin hakim bloku reytinqdə müxalifət partiyası olan “Almaniya üçün Alternativ”dən getdikcə daha çox geridə qalır. Alman mediasına əsasən, sorğular göstərir ki, “Xristian Demokratlar İttifaqı” və “Xristian Sosial İttifaqı”ndan ibarət hakim blok əhalinin 20 faizinin, “Almaniya üçün Alternativ” partiyasının isə 28 faizinin dəstəyinə malikdir.
Ötən ayla müqayisədə “Almaniya üçün Alternativ”ə dəstək bir faiz artıb.
“Yaşıllar” da göstəricilərini bir bənd yaxşılaşdırıblar və 15 faizə çatıblar, bununla da bir ildən çox müddət ərzində ən yaxşı nəticəyə nail olublar.
“Yaşıllar” sonuncu dəfə 2025-ci ilin yanvar ayında sorğuda 15 faiz əldə ediblər.
Sosial Demokrat Partiyasının reytinqi on iki faizdə dəyişməz olaraq qalır və hazırda “Yaşıllar”dan üç faiz bəndi geridədir.