Alman mediası - bir neçə ölkə Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı razılaşmaya yaxınlaşır
Alman mediası - bir neçə ölkə Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı razılaşmaya yaxınlaşır

“Frankfurter Allgemeine Zeitung” alman nəşrinin məlumatına görə, bir neçə ölkə Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı razılaşmaya yaxınlaşır.

Nəşrin yazdığı kimi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında razılaşma iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl imzalana bilər. Söhbət keçid dövrü üçün, yəni müharibə başa çatdıqdan sonra, Ukraynanın NATO-ya inteqrasiyasına qədər çoxtərəfli təminat sistemindən gedir.

Alman qəzetinin yazdığına görə, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ ilə müvafiq razılaşma demək olar ki, hazırdır.

Nəşrin məlumatına görə, qeyd olunan təhlükəsizlik zəmanətləri paketinə hərbi və maliyyə yardımı, həmçinin Ukrayna əsgərləri üçün lazımi təlimlər daxildir.