Alman mediası, Avropa kəşfiyyat xidmətlərinin məlumatına əsasən, Rusiya iqtisadiyyatının çökmək üzrə olması barədə məlumat verir

19:27, 18.06.2026

 

Avropa kəşfiyyat xidmətlərinin məlumatına əsasən, Rusiya iqtisadiyyatı çökmək üzrədir – bu haqda məlumatı alman mediası Avropa kəşfiyyat dairələrinə istinadən yayır.

Ekspertlərin qiymətləndirməsinə əsasən, “Banklara qarşı irimiqyaslı sanksiyalar paketi və ya neft qiymətlərinin davamlı şəkildə aşağı düşməsi kimi “iqtisadi şok” son damla ola və tətikləyici rolunu oynaya bilər.

Kəşfiyyat xidmətlərinin məlumatında, Rusiya bank sektorunun ən həssas olduğu deyilir. Bankların balansı “süni şəkildə şişirdilib”. Yüksək faiz dərəcələri şəraitində investorları cəlb etmək üçün banklar yol verilən risk həddini azaldıblar.

Bununla yanaşı, hesabatda qeyd olunub ki, Rusiyada dövlət tərəfindən verilən subsidiyalı ipoteka kreditləri daşınmaz əmlakın bahalaşmasına səbəb olub, bu da defolt dalğası təhlükəsi yaradır. Buna dırnaqarası gizli borclar da əlavə olunur – yəni bankların Kremlin təzyiqi ilə verdiyi və nəhəng maliyyə tələbatı olan hərbi müəssisələrin aldığı güzəştli kreditlər.

Hesabatda qeyd olunur ki, Rusiya bu vaxta qədər “görüntüdə dinamik iqtisadiyyat” saxlayır, lakin bu artıq reallığa uyğun gəlmir. Hökumət özü də etiraf edib ki, iqtisadiyyat artıq iki ildir ki, staqnasiyadadır. Bu il üçün iqtisadi artım proqnozu 0,4%-ə qədər azaldılıb.

Alman mediası qeyd edir ki, “Avropa kəşfiyyat xidmətlərinin hesabatı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi çağırışı ilə çıxış etmir, lakin o, siyasətçilərə hərəkətə keçmək üçün niyə məhz indi əlverişli vaxt olduğuna dair arqumentlər təqdim edir”.

Oxşar