Alis Vaydel – Merts ölkəmizi daha da dərin uçuruma tərəf aparır

17:17, 05.11.2026

 

Merts ölkəmizi daha da dərin uçuruma tərəf aparır – bu barədə ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının liderlərindən biri Alis Vaydel sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, “Bosch” şirkəti əlavə 750 iş yerini ləğv edəcək, nəticədə azaldılan iş yerlərinin ümumi sayı 23 650-yə çatacaq.

Vaydel sosial şəbəkədə “WELT” nəşrinin məqaləsini paylaşıb və iş yerlərinin azaldılmasının səbəbi kimi dünyada ən ağılsız energetika siyasətini göstərib.

Nəşrin məlumatına əsasən, “Bosch” 750 iş yerinin ləğvini 2029-cu ilə qədər planlaşdırır. Qərarın səbəbi isə avtomobil sənayesində yaranmış mürəkkəb vəziyyətdir.

Oxşar