Alis Vaydel – Cənab Merts, sizin vaxtınız onsuz da bitib, vətəndaşlar siyasi dəyişikliklər istəyirlər və onlar buna nail olacaqlar

15:46, 09.09.2026

“Almaniya üçün Alternativ” partiyasının lideri Alis Vaydel Almaniya kansleri Fridrix Mertsə Bundestaqda çıxışı zamanı müraciət edib.
Vaydel Mertsin üzünə deyib ki, onun vaxtı bitib və vətəndaşlar siyasi dəyişikliklərə nail olacaqlar.

“Cənab Merts, siz ötən həftə Saksoniya-Anhalt seçicilərinin sizə göndərdiyi mesajı başa düşmədiniz. Artıq bunun heç bir əhəmiyyəti yoxdur, çünki sizin vaxtınız onsuz da bitib. Vətəndaşlar siyasi dəyişikliklər istəyirlər və onlar buna nail olacaqlar”, – deyə Alis Vaydel çıxışı zamanı bildirib.

Məlumat üçün bildirək ki, sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilib. Birinci yeri 43,8 faiz səslə ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası tutub. Fridrix Mertsin partiyası – “Xristian Demokrat İttifaqı” isə 17,2 faiz səs toplayıb.

Oxşar