Alilo yürüşü ilə əlaqədar Tbilisinin müəyyən küçələrində nəqliyyatın hərəkəti tədricən məhdudlaşdırılacaq
Alilo yürüşü ilə əlaqədar Tbilisinin müəyyən küçələrində nəqliyyatın hərəkəti tədricən məhdudlaşdırılacaq

 
Milad bayramı ilə əlaqədar yanvarın 7-də Alilo yürüşü keçiriləcək və müəyyən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tədricən məhdudlaşdırılacaq.

Tbilisi Meriyası tərəfindən yayılmış məlumata əsasən, yürüş saat 14:00-da Birinci Respublika Meydanından başlayacaq və bununla əlaqədar sözügedən ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq ləngiyəcək və avtomobillər alternativ küçələrdən istifadə etməklə hərəkət edə biləcəklər.

“Belə ki, nəqliyyat vasitələri üçün Kostava küçəsindən Axvlediani və Kiaçeli küçələrinə çıxmaq Vaşlovani və Ekaladze küçələrindən istifadə etməklə mümkün olacaq; Tabukaşvili küçəsindən Kostava küçəsi istiqamətində hərəkət edən avtomobillər Respublika Meydanı əvəzinə, Rustaveli prospektində hərəkət edə biləcəklər. Həmçinin, yalnız Rustaveli prospektindən istifadə etməklə zeytun ağacı yaxınlığında dönmək mümkün olacaq.

Yürüş boyunca Birinci Respublika Meydanından Azadlıq Meydanına qədər hərəkət Leonidze, İnqoroğva, Aleksandre Cavcavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələrinin köməyi ilə mümkün olacaq, Melikişvili prospektindən isə sürücülər Canaşia, Tarxnişvili, Covelidze, Zandukeli, Barnovi, Qoqebaşvili, Mağaşvili və Kakabadzeebi küçələri vasitəsilə Barnovi, Qoqebaşvili, Mağaşvili və Kakabadzeebi küçələrinə çıxa biləcəklər.

Melikişvili prospekti istiqamətinə və “Rustaveli” metrostansiyasının ərazisinə Qriboedov, Mağaşvili, Barnovi, Zandukeli və Şanidze küçələrindən keçməklə çıxmağa icazə veriləcək; “Rustaveli” metrostansiyasına bitişik ərazidən Azadlıq Meydanına gedən avtomobillər Rustaveli prospektində Canturia küçəsinin kəsişməsinə qədər olan yol hissəsində və sonra Canturia küçəsi və Mtkvarinin sağ sahilindən istifadə etməklə hərəkət edə biləcəklər.

Saat 15:00-dan etibarən Azadlıq Meydanında hərəkət məhdudlaşdırılacaq, buna görə də sürücülər Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq Meydanı istiqamətində hərəkət edə bilməyəcəklər.

Avtomobil sürücüləri Barataşvili körpüsünün yaxınlığında yerləşən pandusa qədər və Rustaveli prospekti tərəfdən, Canturia küçəsinə qədər olan yol hissəsində hərəkət edə biləcəklər; Rustaveli prospektində Canturia küçəsinə qədər hərəkətə icazə veriləcək, Rustaveli prospekti istiqamətində isə – Lesia Ukrainka, Corcadze, Cicinadze, 9 aprel, Purtseladze və Qudiaşvili küçələrindən hərəkət qadağan ediləcək; Yürüş Azadlıq Meydanından Müqəddəs Üçlük Məbədi istiqamətində davam edəcək, bu zaman Barataşvili körpüsü, Barataşvili yoxuşu və Avlabari meydanı ardıcıllıqla bağlanacaq.

Barataşvili küçəsinin bağlanması zamanı avtomobillər Mtkvarinin sağ sahilindən və Kote Apxazi küçəsindən istifadə etməklə Azadlıq Meydanı istiqamətində hərəkət edə biləcəklər, Avlabari istiqamətində hərəkət edən avtonəqliyyat vasitələri isə quru körpüdən keçməklə, Xetaqurov küçəsi və Mtkvarinin sol sahili vasitəsilə hərəkət edəcəklər; Avlabari meydanında avtomobil yolunun bağlanması zamanı Çariça Ketevan prospektindən avtomobillər Bocormi və İalbuzi küçələri ilə və sonra Mtkvarinin sol sahilindən istifadə etməklə hərəkət edəcəklər, Çariça Ketevan prospektinə gedən avtonəqliyyat vasitələri isə Barataşvili küçəsində döndükdən sonra Baratşavili körpüsündən istifadə etməklə, Mtkvarinin sol sahilinə doğru, sonra İalbuzi və Bocormi küçələri ilə Çariça Ketevan prospekti və Avlabari meydanına qoşulacaqlar.

Birinci Respublika Meydanından Rustaveli prospektinə doğru yürüş zamanı ictimai nəqliyyat Mixeil Cavaxişvili küçəsindən Mtkvarinin sağ sahilinə doğru hərəkət edəcək, oradan isə Barataşvili küçəsinə qoşulacaq.

359 nömrəli avtobus Cavaxişvili küçəsindən Merab Kostava küçəsi istiqamətində hərəkəti davam etdirəcək, 457 nömrəli mikroavtobus isə Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsinə, sonra Revaz Lağidze küçəsi və Rustaveli prospektinə qoşulacaq, zeytun ağacı yaxınlığında dönməklə isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.