Ali Xamenei-nin dəfn mərasimi Tehranda keçirilir

16:10, 06.07.2026

Tehran küçələrində İranın dini lideri Ali Xameneinin dəfn mərasimi keçirilir. Mərasimdə minlərlə insan iştirak edir.

Medianın məlumatına görə, yürüş iştirakçılarının bir qismi körpüdən asılmış və üzərində Donald Trumpın təsvir olunduğu billboarda daş atıb.

“ABŞ bizim atamızı öldürdü. Sizi buraxmayacağıq!” – yazısı olan billboardda Donald Trumpın başına tuşlanmış güllə təsvir edilib.

Eyni zamanda, yürüşdə iştirak edən nümayişçilər ABŞ və Böyük Britaniya bayraqlarını yandırıblar. Fəalların bir hissəsinin əlində “Donald Trumpı öldür” yazılı plakatlar olub.

Xatırladaq ki, Ali Xameneinin ölümü barədə məlumat 28 fevralda yayılıb, İran dövlət mediası isə xəbəri 1 martda təsdiqləyib. Məlumata görə, o, ABŞ və İsrailin İran əleyhinə birgə hücumunun ilk günündə, Tehrandakı iqamətgahına hücum zamanı həlak olub. Dini liderin dəfn mərasimi hərbi əməliyyatlar səbəbilə təxirə salınıb.

Oxşar