Ali Radanın üzvləri Kiyevin merini oktyabrın 14-də parlamentə çağırıblar

20:01, 13.10.2026

 

Ali Radanın üzvləri Kiyevin meri Vitali Kliçkonu oktyabrın 14-də parlamentin iclasına çağırıblar.

Ukrayna mediasının məlumatına əsasən, təşəbbüslə “Xalqın xidmətçisi” partiyasının deputatlarından biri – Mariana Bezuqla çıxış edib. Onun təklifini 151 deputat dəstəkləyib, 8 deputat isə əleyhinə səs verib.

“Görürsünüz, paytaxtda nə baş verir. Biz Kliçkodan bir kəlmə də eşitməmişik. Bu məsələ isə nə siyasi partiyalara, nə də siyasi qüvvələrə aiddir” – Mariana Bezuqla açıqlayıb.

Xatırladaq ki, oktyabrın 8-də Kiyevin meri Vitali Kliçko rus hücumlarının intensivləşməsi səbəbindən Kiyevin sağ qalmaq uğrunda mübarizə rejiminə keçdiyini bəyan etmişdi. O, paytaxt sakinlərinə şəhərdən kənarda yaşayan dostlarının və ya qohumlarının yanına müvəqqəti köçmək barədə düşünməyi tövsiyə etmişdi.

Oktyabrın 9-da ölkə prezidenti Volodimir Zelenski bildirib ki, paytaxt hakimiyyəti energetika infrastrukturunun qorunması üçün zəruri tədbirləri demək olar ki, həyata keçirə bilməyib.

Oxşar