Ali Məhkəmənin plenumunun qərarı ilə, Revaz Nadaraia Konstitusiya Məhkəməsinin üzvü təyin edilib
Gürcüstanın Ali Məhkəməsinin plenumunun qərarı ilə, Revaz Nadaraia Gürcüstanın Konstitusiya Məhkəməsinin üzvü təyin edilib.
Məlumatı Ali Məhkəmə yayır.
“Gürcüstan Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinə, “Ümumi məhkəmələr haqqında” Gürcüstanın Üzvi Qanununun 18-ci maddəsinin 2-ci bəndinin “q” yarımbəndinə və “Gürcüstanın Konstitusiya Məhkəməsi haqqında” Gürcüstanın Üzvi Qanununun 73-cü maddəsinə əsasən, Gürcüstanın Ali Məhkəməsinin plenumunun qərarı ilə, cənab Revaz Nadaria Gürcüstanın Konstitusiya Məhkəməsinin üzvü təyin edilib.
Cənab Revaz Nadaraia Gürcüstanın Konstitusiya Məhkəməsinin üzvü təyin olunmazdan əvvəl Gürcüstanın Ali Məhkəməsinin Mülki İşlər Palatasının hakimi vəzifəsini tuturdu” – Gürcüstanın Ali Məhkəməsində bildirirlər.