Ali komissar Kaia Kalas və Avropa komissarı Marta Kos - Avropa İttifaqının qapısı açıq qalır və Gürcüstanın Avropa İttifaqına üzvlük yoluna qayıtması hakimiyyətin əlindədir
Ali komissar Kaia Kalas və Avropa komissarı Marta Kos - Avropa İttifaqının qapısı açıq qalır və Gürcüstanın Avropa İttifaqına üzvlük yoluna qayıtması hakimiyyətin əlindədir

 

Avropa İttifaqının qapısı açıq qalır və Gürcüstanın Avropa dəyərlərinə və Avropa İttifaqına üzvlük yoluna qayıtması Gürcüstan hakimiyyətinin əlindədir – bu haqda Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Komissar Kaia Kalas və və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Marta Kosun birgə bəyanatında deyilir.

Bəyanatda deyildiyi kimi, Gürcüstan hakimiyyətinin hərəkətləri və demokratik geriləmə hələ bu ilin iyununda üzvlük prosesinin faktiki olaraq dayandırılmasına səbəb olub.

“Avropa İttifaqı İrakli Kobaxidzenin “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlük haqda danışıqlara başlamaq üçün danışıqları davam etdirməmək və 2028-ci ilədək Avropa İttifaqının maliyyə dəstəyindən imtina etmək qərarı ilə bağlı bəyanatından məyusdur. Qeyd edirik ki, bu bəyanat Gürcüstanın bütün əvvəlki hakimiyyətlərinin siyasətindən və Gürcüstan Konstitusiyasında yazıldığı kimi gürcü xalqının mütləq əksəriyyətinin Avropa istəklərindən dönmək mənasına gəlir. Xatırladaq ki, Gürcüstan hakimiyyətinin hərəkətləri və demokratik geriləmə hələ bu ilin iyununda üzvlük prosesinin faktiki olaraq dayandırılmasına səbəb olub və birbaşa Gürcüstan hakimiyyətinə xeyir verən Avropa İttifaqının maliyyə yardımı hazırda dayandırılıb. Gürcü xalqı Avropa İttifaqına üzvlüklə bağlı istəklərini təsdiqləmək üçün yenidən küçələrə çıxdı. Avropa İttifaqı öz avropalı və demokratik gələcəyi üçün möhkəm dayanan dinc nümayişçilərə qarşı zorakılığı sərt şəkildə pisləyir. Gürcüstan hakimiyyətinin bu hərəkətləri münasibətlərimizə birbaşa təsir göstərir” – bəyanatda deyilir.

Bununla yanaşı, bəyanatda deyilir ki, Gürcüstan hakimiyyəti sərbəst toplaşmaq və ifadə azadlığı hüququna hörmət etməli, dinc nümayişçilərə, siyasətçilərə və media nümayəndələrinə qarşı güc tətbiq etməkdən çəkinməlidir.

“Hər bir zorakılıq aktı araşdırılmalı və günahkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Avropa İttifaqı ölkənin fasiləsiz davam edən demokratik geriləməsinə, o cümlədən seçkilər öncəsi və parlament seçkiləri zamanı baş vermiş pozuntularla bağlı ciddi narahatlığını təkrarlayır. Bu kontekstdə Avropa İttifaqı ATƏT/DTİHB-nin yekun hesabatını və onun tövsiyələrini səbirsizliklə gözləyir. Avropa İttifaqı avropalı seçim üçün gürcü xalqının və onun seçiminin yanındadır. Avropa İttifaqının qapısı açıq qalır və Gürcüstanın Avropa İttifaqına üzvlük yoluna qayıtması hakimiyyətin əlindədir” – bəyanatda deyilir.