Alen Simonyan İlham Əliyevə cavab verir - Tarixi tədqiqata dərindən baş vurulması halında, ola bilsin, ortaya çıxsın ki, kimsə vətənini Altayda tapıb
Tarixi tədqiqata dərindən baş vurulması halında, ola bilsin, ortaya çıxsın ki, kimsə vətənini Altayda tapıb – Ermənistan Parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrdə Ermənistan ərazisindəki toponimlərin əksəriyyətinin Azərbaycan mənşəli olması haqda bəyanatına belə cavab verir.
“Buna əlavə edəcəyim heç nəyim yoxdur. Hesab edirəm ki, bu bəyanat mövcud məntiqə uyğun deyil, lakin eyni zamanda deməliyəm ki, bu, daxili auditoriya üçün nəzərdə tutulub. Daxili auditoriya üçün cavab vermək istəmirəm” – Ermənistan Parlamentinin spikeri qeyd edib.
Həmçinin, Azərbaycan Prezidenti bildirib ki, köhnə xəritələrdə Sevan gölü göstərilməyib, Göyçə gölü göstərilir.