Alen Simonyan – Ermənistanın Avropa İttifaqı ilə, eləcə də Rusiya ilə ümumi sərhədi yoxdur, lakin bu, Rusiyanın Ermənistanın Gömrük İttifaqına qoşulması üçün hakimiyyətə təzyiq göstərməsinə əngəl olmadı
Ermənistanın Avropa İttifaqı ilə, eləcə də Rusiya ilə ümumi sərhədi yoxdur, lakin bu, Rusiyanın Ermənistanın Gömrük İttifaqına qoşulması üçün Ermənistan hakimiyyətinə təzyiq göstərməsinə əngəl olmadı – bu haqda Ermənistan Parlamentinin sədri Alen Simonyan Baltikyanı və Şimali Avropa ölkələrinin parlament rəhbərlərinin iştirakı ilə baş tutmuş panel müzakirəsindən sonra keçirilən brifinqdə bildirib.
Ermənimediasının məlumatına əsasən, Simonyan etiraf edib ki, ərzaq təhlükəsizliyi və iqtisadi qarşılıqlı asılılıq həlledici komponentlərdən bəziləridir.
“Lakin söhbət buna deyil, dəyərlər sisteminə, necə ölkə qurmaq istədiyimizə aiddir. Bu bizim seçim məsələmizdir. Seçkilər, hüquqlar və azad medianın olmadığı avtoritar ölkəmiz ola bilər. Çağırışları olan, lakin azad və yüksək səviyyədə demokratiyaya malik ölkəmiz ola bilər. Biz bu seçimi artıq öz zehnimizdə etmişik və gələcəkdə lazım gələrsə, seçkilər və ya referendum yolu ilə bunu bir daha təsdiq edəcəyik” – Ermənistan Parlamentinin spikeri bildirib.