Alen Berse - Xarici təsir haqda qanunlar ikili standart olmadan yoxlanılmalıdır, Gürcüstanda və ya Macarıstanda qəbuledilməz olan Almaniya və Rumıniyada da eyni şəkildə qiymətləndirilməlidir
Avropada xarici təsir haqda qanunlar tətbiq edirlər, bu qanunlar ikili standartlar olmadan yoxlanılmalıdır, Gürcüstanda və ya Macarıstanda qəbuledilməz olan Almaniya və Rumıniyada da eyni şəkildə qiymətləndirilməlidir – bu barədə Avropa Şurasının baş katibi Alen Berse “Euronews”da dərc olunan məqalədə yazır. “Demokratiya – Avropanın birinci müdafiə xəttidir” – məqalənin adıdır.
“Bütün Avropada xarici təsir haqda qanunlar təqdim ediblər. Onların niyyəti, ola bilsin, legitimdir. Lakin mən aydın şəkildə bildirdim ki, bu tədbirlər tənqidi boğmaq və ya vətəndaş məkanını məhdudlaşdırmaq üçün istifadə olunmamalıdır.
Bu qanunlar ikili standartlar olmadan, xüsusilə də məhkəmə tərəfindən yoxlanılmalıdır. Gürcüstanda və ya Macarıstanda qəbuledilməz sayılan Almaniya və Rumıniyada da eyni şəkildə qiymətləndirilməlidir. Çünki istər real, istərsə də belə qəbul edilən ikili standartlar cəmiyyətin inamını sarsıdır və Avropanın etibarına zərər vurur, xüsusilə də Qlobal Cənubun gözündə” – Berse bildirir.
Məqalədə Berse Avropanın qarşısında duran digər çağırışlardan da danışır. O, Bosniya və Herseqovinada yaşanan konstitusiya böhranını misal çəkir, bu isə onun sözlərinə görə, Qərbi Balkanları destabilizasiya ilə hədələyir. Həmçinin, Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının üzvlərindən birinin Adolf Hitlerin kommunist olduğunu dediyi bəyanatını misal çəkir. Bersenin qiymətləndirməsinə əsasən, “bu, yalanın hələ də demokratik həyatı çirkləndirdiyini xatırladır”.
“Bu yeni paradiqmada azadlıqlar məhz bu azadlıqları qorumaq adı ilə məhdudlaşdırılır. Avropa indi demokratik təhlükəsizlik strategiyasını müəyyənləşdirməlidir – elə bir strategiya ki, dəyərləri müdafiəmizin mərkəzinə yerləşdirəcək. Çünki, Avropada 80 il ərzində sülhü mümkün edən məhz həmin dəyərlər bu gün hücum altındadır. Avropa İttifaqı doğrudan da hərbi müdafiə üçün 800 milyard avro ayırır. Demokratik təhlükəsizlik bütün qitədə eyni dərəcədə aydınlıq, sürət və qətiyyət tələb edir” – Berse yazır.