Alen Berse - Dekabrda Tbilisiyə səfərim bizə nəticələr verdi və bu, bizdə müəyyən gözlənti yaratdı, Avropa Şurasına üzvlük əməl edilməsi zəruri olan müəyyən öhdəlikləri ehtiva edir
Dekabrda Tbilisiyə etdiyim səfər nəticələr verdi – qeyri-mütənasib gücdən istifadəni aradan qaldırmaq öhdəliyi və polis zorakılığı ilə bağlı ittihamların müstəqil, şəffaf və effektiv araşdırılmasına zəmanət. Həmçinin “Xarici təsir” qanununa əsaslı dəyişikliklər etmək üçün Avropa Şurasının ekspertləri ilə birgə işçi qrupunun yaradılmasına hazır olmaq. Bu, bizdə müəyyən gözlənti yaratdı – bu haqda Avropa Şurasının baş katibi Alen Berse Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı bildirib.
O bildirib ki, Avropa Şurasına üzvlük əməl edilməsi zəruri olan müəyyən öhdəlikləri ehtiva edir.
“Biz hər zaman sözümüzü birbaşa deməliyik və bunu vicdanla və obyektiv etməliyik. Məhz bu əhvali-ruhiyyədə mən böyük bir nümayəndə heyəti ilə Gürcüstanda oldum və sizin məruzəçiləriniz də eyni ruhla yola düşdülər. İnsan hüquqları üzrə komissar bir neçə gün əvvəl Gürcüstanda idi. Dekabrda Tbilisiyə etdiyim səfər nəticələr verdi – qeyri-mütənasib gücdən istifadəni aradan qaldırmaq öhdəliyi və polis zorakılığı ilə bağlı ittihamların müstəqil, şəffaf və effektiv araşdırılmasına zəmanət. Həmçinin “Xarici təsir” qanununa əsaslı dəyişikliklər etmək üçün Avropa Şurasının ekspertləri ilə birgə işçi qrupunun yaradılmasına hazır olmaq. Bu, bizdə müəyyən gözlənti yaratdı. Avropa Şurasına üzvlük fitnes klubuna və ya sağlamlıq mərkəzinə üzvlük demək deyil və əməl edilməsi zəruri olan müəyyən öhdəlikləri ehtiva edir” – Alen Berse qeyd edib.