Aleksidze küçəsində planlaşdırılan işlərə görə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Saburtalo rayonunda Merab Aleksidze, Berbuki və Tğvarçeli küçələrinin reabilitasiyasına başlanılır, bu səbəbdən də qeyd olunmuş ərazidə iyulun 4-dən oktyabrın sonuna qədər avtomobillərin hərəkəti mərhələli şəkildə, qismən məhdudlaşdırılacaq.
Tbilisi Meriyasının məlumatına əsasən, işlərin birinci mərhələsində Berbuki küçəsi N1 yaşayış binasından (“Madaqoni” mağazasının yanı) Apakidze küçəsinin kəsişməsinə qədər olan yol hissəsində zonal saatlıq parkinq (A700, A699) müvəqqəti ləğv ediləcək və avtomobillərin hərəkəti tamamilə qadağan ediləcək.
Berbuki küçəsi N7-də də (parkın qarşı tərəfi) zonal saatlıq parkinq (A1444, A1443) müvəqqəti ləğv ediləcək, avtomobillərin hərəkəti isə yolun hərəkət hissəsinin yalnız bir zolağında məhdudlaşdırılacaq.
Reabilitasiyanın birinci mərhələsində işləri “Georgian Water and Power” şirkəti həyata keçirir, bundan sonra da Saburtalo rayonunun icra hakimiyyəti kanalizasiya şəbəkəsini quracaq və yol işlərini həyata keçirəcək.
İşlərin qalan mərhələləri barədə əhaliyə məlumat vaxtaşırı veriləcək.