Aleksi Axvledianinin Dəniz Nəqliyyatı Agentliyinin direktoru səlahiyyətinə xitam verilib

17:00, 09.07.2025

 

Dəniz Nəqliyyatı Agentliyinin direktoru Aleksi Axvledianinin səlahiyyətinə xitam verilib.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına əsasən, müvafiq əmr 2025-ci ilin iyulun 9-da imzalanıb.

Aleksi Axvlediani 2023-cü ilin mayından Dəniz Nəqliyyatı Agentliyinin direktoru vəzifəsində işləyirdi.

Aleksi Axvlediani Tornike Rijvadze ilə bağlı iş üzrə saxlanılmışdı. Axvlediani girovu ödədikdən sonra həbsdən azadlığa buraxıldı.

Oxşar