Aleksey Reznikovun bəyan etdiyinə görə, müdafiə təmas qrupunun iclasında müttəfiqlər Ukraynanın təcili ehtiyacları ilə birlikdə, 2023-cü il strategiyasını da müzakirə edəcəklər
Ukrayna müdafiə təmas qrupunun iclasında müttəfiqlər Ukraynanın təcili ehtiyacları ilə birlikdə, 2023-cü il strategiyasını da müzakirə edəcəklər, – bu barədə Ukraynanın Müdafiə naziri, Aleksey Reznikov “tvitterdə” yazdı.
Ukraynanın Müdafiə naziri bəyan etdi ki, bu gün “Ramştayn formatının” yaradılmasının bir illik yubileyini qeyd edirlər.
“Artıq görülən işlərin təhlili, eləcə də 2023-cü il üçün strategiyamız, Silahlı Qüvvələrin cari ehtiyacları və Ukrayna Müdafiə Qüvvələrinin bütün bölmələri arasında yardım proqramlarının bölüşdürülməsi gündəmdədir. Biz, partnyorların dəstəyini hiss edirik və qələbə üçün işimizi davam etdiririk”, – Reznikov bəyan etdi.