Aleksey Reznikov - Ukraynaya Rusiyanın hücumlarını dayandırmaq üçün ən azı 50 ədəd HIMARS və M270 artilleriya lazımdır
Aleksey Reznikov - Ukraynaya Rusiyanın hücumlarını dayandırmaq üçün ən azı 50 ədəd HIMARS və M270 artilleriya lazımdır

Ukraynanın Müdafiə naziri, Aleksey Reznikov bəyan edir ki, onun ölkəsinə Rusiyanın hücumlarını dayandırmaq üçün ən azı 50 ədəd HIMARS və M270 artilleriyası lazımdır və 100 ədəd olarsa, uğurlu əks-hücum həyata keçirəcək. Ukrayna mediasının məlumatına görə, bu barədə Reznikov “Atlantik Şurası” tərəfindən təşkil olunmuş disskusiyada bəyan etdi.

Onun dediyinə görə, yüzlərcə qərb raket sistemlərinin mövcudluğu “oyun qaydalarının dəyişdirilməsinə” imkanlar yaradacaq.

Reznikovun bəyan etdiyinə görə, müttəfiqlər tərəfindən verilən raket əleyhinə müdafiə sistemi artıq Ukrayna qüvvələrinə Rusiyanın 30-a qədər komanda məntəqəsini və anbarını məhv etməyə yardım etdi, hansı da düşmənin hücumunu xeyli yavaşlatdı və onların artilleriya bombardmanının intensivliyini kəskin şəkildə azaltdı.

“Biz HIMARS və M270 üçün bütün partnyorlarımıza minnətdarıq. Cəbhəmizin demək olar ki, 2500 kilometr uzunluğunda olduğunu nəzərə alsaq, düşmənin effektiv qarşısını almaq üçün bizə ən azı 50 belə sistem lazımdır”, – nazir qeyd etdi.