Aleksey Reznikov – Ukrayna cəbhədə hər gün 100-ə qədər əsgər itirir, 500-ə qədər hərbçi yaralanır
Ukrayna hər gün cəbhə xəttində 100-ə yaxın əsgərini itirir, 500-ə yaxın hərbçi isə yaralanır”, – deyə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
“Kreml təzyiq altında qalmaqda davam edir, güclü müqavimətə məruz qalır, ağır itkilər verir, lakin hələlik cəbhənin müəyyən sektorlarında irəliləmək gücü var. Konsentrasiyanı saxlamaq vacibdir. Onda Ukrayna qalib gələcək. Demək istəyirəm ki, biz təkcə nailiyyətləri yox, səhvləri də görürük. Biz bütün siqnalları və tənqidləri də alırıq. Biz çatışmazlıqlarımızı bilirik və onları düzəltmək üçün çox çalışırıq”, – Reznikov bildirib.