Aleksey Reznikov - Gürcüstan, Moldova və Ekvador "Ramştayn formatına" qoşuldular, NATO Ukraynaya dəstəyini davam etdirir, hamıya təşəkkürlər
Ukraynanın Müdafiə naziri, Aleksey Reznikov sosial şəbəkədə “Ramştayn” görüşünün nəticələri haqqında yazır.
“Ramştaynın üç nəticəsi: Gürcüstan, Moldova və Ekvador kluba qoşuldular, ABŞ daha artıq silah göndərəcək (155 mm silah, haymars, harpun və daha artıq), Slovakiyadan vertalyotlar, Kanadadan, Polşadan və Hollandiyadan artileriya, Almaniyadan salvo atəş artilleriya sistemləri və başqa. Hamıya təşəkkürlər. Ukrayna ordusu şər qüvvələrə qarşı yeni vasitələrindən istifadə etməyə hazırdır. Ukrayna azadlıq və müstəqillik uğrunda mübarizəni davam etdirir. Partnyorlarımız Ukraynanı dəstəkləməyə davam edirlər. NATO tarixin ən böyük birliyinə malikdir. Ukrayna qalib gələcək”, – Reznikov yazır.