Aleksey Danilov – Ukraynanın məqsədi Rusiyanı elə etməkdir ki, qonşularına hücum edə biləcəyini düşünmək belə istəməsin

11:12, 11.09.2022

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Aleksey Danilov bəyan edir ki, Ukraynanın məqsədu Rusiyanı qonşularına hücum etmək istəyini itirtməkdir. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi mətbuata açıqlamasında bəyan etdi.

“Biz başa düşməliyik ki, əgər Rusiya indi olduğu kimi qalarsa, onun növbəti müharibəyə başlaması an məsələsidir. Ona görə də bizim məqsədimiz Rusiyanı elə etməkdir ki, onun qonşularına hücum edə biləcəyini düşünmək həvəsi belə olmasın, xüsusən də ölkəmizə münasibətdə”, – Danilov qeyd etdi.

Danilovun dediyinə görə, müharibə yalnız Rusiyanın Ukraynada müvəqqəti işğal etdiyi bütün ərazilər azad edildikdə bitəcək.

“Ukrayna silahlı qüvvələri bizim maraqlarımızın bitdiyi yerdə dayanacaq və bu, bir çox hallardan asılı olacaq”, – Danilov bəyan etdi.

Oxşar