Aleksey Danilov – Ukrayna əsgərlərinin inanılmaz dözümlülüyünə baxmayaraq, müharibə hələ bitməyib
Ukrayna əsgərlərinin inanılmaz dözümlülüyünə baxmayaraq, Ukraynadakı müharibə hələ bitməyib”, – Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov “Globe and Mail”ə deyib.
Danilovun sözlərinə görə, cəbhədə vəziyyət “gərgin və ağırdır” və Rusiya hələ də bütün Ukraynanı fəth etməyə hazırlaşır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi həmçinin bildirib ki, fevralın sonu və martın əvvəlində prezident Vladimir Zelenskiyə beş sui-qəsd olub, Aleksey Danilov onların təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Rusların artilleriya və ağır texnikada üstünlüyü var. Bu, döyüşçülərimizi qorxutmur. Biz vaxtaşırı əks-hücum edirik. Ancaq müharibə hələ də davam edir və biz bitməkdən çox uzağıq. Mən rus ordusunun zəifliyinə əmin olan düşərgəyə aid deyiləm. Onların əhəmiyyətli resursları var və onları bura gətiriblər. Onlar təbii ki, bütün ölkəni ələ keçirmək planlarını dəyişməyiblər. Onlar bunu açıq şəkildə dedilər, bütün maskalar çıxarıldı” dedi Aleksey Danilov.