Aleksey Danilov – İranın “Şəhid” tipli pilotsuz uçuş aparatlarında Ukraynanın partnyor ölkələrinin istehsalı olan hissələr tapılıb
İranın “Şəhid” tipli pilotsuz uçuş aparatlarında Ukraynanın partnyor ölkələrinin istehsalı olan hissələr tapılıb, – bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Aleksey Danilov bəyan etdi.
“Biz “Şəhid” tipli pilotsuz uçuş aparatlarını sökdük və təəssüf ki, İran və Rusiya istehsalı olmayan hissələri tapdıq”, – Danilov bəyan etdi.
Danilovun sözlərinə görə, pilotsuz uçuş aparatların 2019-2021-ci illərdə istehsal edildiyi üçün hissələrin müharibə başlamazdan əvvəl alındığı ehtimal edilir. Bununla yanaşı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi xüsusilə qeyd etdi ki, tətbiq edilən sanksiyalara baxmayaraq, Qərb ehtiyat hissələrinin Rusiyaya necə getdiyini araşdırmaq lazımdır.