Aleksey Arestoviçin məlumatına görə, Rusiya qüvvələri "Azovstal" zavodunu yenidən bombalamağa başladılar və hücuma keçməyi planlaşdırırlar
Aleksey Arestoviçin məlumatına görə, Rusiya qüvvələri "Azovstal" zavodunu yenidən bombalamağa başladılar və hücuma keçməyi planlaşdırırlar

Rusiya qüvvələri Mariupolda “Azovstal” zavodunu yenidən bombalamağa başladılar və hücuma keçməyi planlaşdırırlar, – bu barədə Ukrayna prezidenti ofisi rəhbərinin köməkçisi, Aleksey Arestoviç bəyan etdi.

“Düşmən çalışır ki, “Azovstal” rayonunda Mariupol müdafiəçilərinin müqavimətini yatırsın. Zavod ərazisinə, qoşunlarımızın müdafiə zolağına aviazərbələr endirildi və hücum əməliyyatları keçirməyə cəhd edilir”, – Arestoviç bəyan etdi.

Onun dediyinə görə, şəhərin müdafiəçiləri çox çətin vəziyyətə baxmayaraq mövqelərini qoruyub saxlayırlar.

Ukrayna tərəfinin bəyan etdiyinə görə, Mariupolda “Azovstal” zavodunun ərazisində 1000-ə qədər mülki şəxs və Ukraynalı əsgər var, o cümlədən 500-ə yaxını yaralanmış. Az öncə Ukrayna baş nazirinin müavini bəyan etdi ki, bu gün onlar bir daha Mariupoldan dinc sakinləri təxliyə etməyə çalışacaqlar.