Aleksey Arestoviç – Ukraynada əlavə 5,5 milyon insanın səfərbər olunması mümkündür
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri, Aleksey Aretoviçin bəyan etdiyinə görə, lazım gələrsə, Ukraynada ikinci dəfə səfərbərlik elan ediləcək. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.
“Müdafiə üçün adamlarımız olmasa, bizim də səfərbərliyimiz olacaq”, – Arestoviç bəyan etdi.
Xaricdə təhsil alan tələbələri nə gözlədiyini soruşduqda, Arestoviç bəyan etdi ki, onların da səfərbərliyi istisna deyil.
“Hələ tələbələrə toxunmurlar. Onlar əsgərliyə getmirlər, lakin tamamilə mümkündür ki, belə də olsun və hamı getsin. Ukraynanın ümumiyyətlə xilas olmasını istəyirsinizmi, yoxsa Sorbonda və Oksfordda təhsillə bağlı şəxsi probleminizi həll etmək istəyirsiniz?”, – Arestoviç bəyan etdi.