Aleksey Arestoviç – Rusiyanın səfərbər etdiyi insanlar cəbhə xəttindədilər

14:09, 29.09.2022

Rusiyanın səfərbər etdiyi insanlar cəbhə xəttindədilər. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi rəhbərinin müşaviri, Aleksey Arestoviç bəyanat verdi.

Onun sözlərinə görə, səfərbərlikdən sonra hərbi xidmətə çağırılan əsgərlər “itkini aradan qaldırmaq” lazım olduğu Luqansk və Xarkov vilayətlərinə göndərildilər.

“Səfərbər edilmiş insanların əsas kütləsi iki həftədən sonra cəbhə xəttinə çatacaq”, – Arestoviç əlavə etdi.

Onun dediyinə görə, Əsgərlər müharibəyə göndərilməzdən əvvəl hərtərəfli hazırlıq kursu keçmirlər. Onun güman etdiyinə görə, səfərbərliyin birinci dalğası çərçivəsində əlavə 90 min rus əsgəri döyüş əməliyyatlarına cəlb olunacaq.

Oxşar