Aleksey Arestoviç rus analarına müraciət etdi övladlarını Putinin başladığı müharibəyə göndərməsinlər
Ukrayna prezidenti administrasiyasının rəhbəri, Aleksey Arestoviç keçirilən brifinqdə rus analarına müraciət etdi övladlarını Putinin başladığı müharibəyə göndərməsinlər
Onun dediyinə görə, Rusiya Federasiyası müharibənin ön xəttinə çağırışçıların göndərməsini planlaşdırır.
“Rusiyada bir apreldən çağırışların yeni kampaniyası başlayır. Ukrayna kəşfiyyatına məlum olduğu kimi, Rusiya Silahlı Qüvvələrində kontraktorların sayı mühüm dərəcədə azaldı. Ön xəttə çağırışçıların göndərilməsi planlaşdırılır. Rus analarına müraciət edirəm, övladlarınızın qayğısına qalın, onları Ukraynada ölümə göndərməyin. Bu müharibə rus xalqının heç bir şeyinə lazım deyil. Bunu Putin başladı və yalnız onun rejiminə lazımdır. Siz isə, Rusiyada onun rejiminə qarşı çıxın”, – Arestoviç bəyan etdi.