Aleksey Arestoviç bəyan edir ki, İran istehsalı olan pilotsuz dronlarının hücumu problemi təxminən iki həftəyə həll olunacaq

10:30, 19.10.2022

Ukrayna prezidentinin administrasiyası rəhbərinin müşaviri,Aleksey Arestoviç bəyan edir ki, İran istehsalı olan “Moped” pilotsuz təyyarələrinin kütləvi hücumu ilə bağlı problem təxminən iki həftəyə həll olunacaq.

“Çox tezliklə Ukrayna bir neçə yüz pilotsuz təyyarə əleyhinə stansiya alacaq, ona qədər biz onları adi üsullarla vuracağıq”, – Arestoviç bəyan etdi.

Yayılan məlumata görə, Şimali Atlantika Alyansı yaxın günlərdə Ukraynaya dronlara əleyhinə sistemlər verəcək.

Oxşar